az

Kağızdan piksellərə: Xəritələrin günümüzdə əhəmiyyəti

Kağızdan piksellərə: Xəritələrin günümüzdə əhəmiyyəti

Bildiyiniz kimi günümüzdə xəritələr, müxtəlif insan fəaliyyətləri haqqında təsəvvürlər yaradan və təbiət hadisələrini tanıdan əhəmiyyətli bir məlumat mənbəyi olaraq böyük əhəmiyyət kəsb edir.

Siz də xəritələri, onlardan düzgün istifadə etməyi öyrənmək həmçinin bu sahədə maraqlı məlumatlar əldə etmək istəyirsinizsə vebinar məhz sizin üçündür.

Təlimçi, mütəxəssis, Caucasus Geo Survey MMC- nin təsisçi və direktoru tərəfindən “Kağızdan piksellərə: Xəritələrin günümüzdə əhəmiyyəti” ilə bağlı 21.07.2023- cü il tarixində keçiriləcək praktiki vebinarda Sizi bir-birindən əhəmiyyətli məlumatlar gözləyir!

Vebinarın gündəliyini diqqətinizə çatdırırq:
•Xəritələrin təkamülü;
•Rəqəmsal əsrdə xəritələrin əhəmiyyəti;
•Rəqəmsal Xəritələrin üstünlükləri;
•Xəritəçəkmə texnologiyası və alətləri;
•Məlumatların inteqrasiyası və vizuallaşdırılması.

 Vebinarda iştirak etmək həmçinin bu şansı qaçırmaq istəmirsinizsə, postun altına + atmağınız kifayətdir.
Tələsin!

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?