az

ADPU-da CİS texnologiyası üzrə elmi-praktiki seminar

ADPU-da CİS texnologiyası üzrə elmi-praktiki seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix- Coğrafiya fakültəsinin əməkdaşları tərəfindən 3 cü kurs tələbələri və müəllimlər üçün 24.05.2023 cü il tarixində “Coğrafi İnformasiya Sistemlərinin (CIS) elmi tədqiqat işlərində tətbiqi” adlı elmi-praktiki seminar təşkil olunmuşdur.

Seminara ArcGIS Pro-nun mütəxəssisi və təliimçi eyni zamanda Caucasus Geo Survey MMC- nin təsisçi və direktoru, BMT- nin eksperti Rauf Əmənov dəvət edilmişdir.

Seminarda sənayenin və iqtisadiyyatın müxətlif sahələrinə CİS texnologiyasının tətbiqi eyni zamanda praktiki olaraq ESRI şirkətinin gələcək flaqman olan CİS proqramı kimi aktiv şəkildə təbliğ etdiyi ArcGIS Pro-nun imkanları barədə iştirakçıları geniş məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır. Tələbələrin CİS texnologiyası üzrə gələcək karyeralarını planlaşdırmaları üzrə tövsiyyələr verilmişdir. Sonda isə iştirakçılarla xatirə fotosu çəkilmişdir!

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?