az

Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təqdimat keçirilmişdir.

Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda təqdimat keçirilmişdir.

02.11.2021 tarixində “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (“SUKANAL” ETLİ) əməkdaşları üçün “Caucasus Geo Survey” MMC-nin rəhbəri Əmənov Rauf tərəfindən “Elmi tədqiqatlarda coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqi” mövzusunda seminar keçirilmişdir. Qarşılıqlı müzakirə formatında keçirilən seminarda #CIS texnologiyasının iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən hərbi, əhali, boru kəmərləri, #3D modelləşdirmə və s. tətbiqi imkanları nümayiş olundu. Bundan əlavə olaraq seminar iştirakçılarına “Caucasus Geo Survey” MMC tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası kəhrizlərinin ikidilli atlası” layihəsi və digər layihələr barədə məlumat verilib.

Görüşün nəticəsi olaraq “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutu ilə Caucasus Geo Survey MMC arasında CİS texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Eyni zamanda Esri məhsullarının və həllərin əldə edilməsi və istifadəsi ilə bağlı müzakirələr aparılıb.

 Sukanal Elmi-Tədqiqat Layihə İnstitutunun rəhbəri Vüqar Mirzəyevə səmimi qəbula və maraqlı görüşə görə təşəkkürümüzü bildiririk.

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?