az

Müasir dövrdə Coğrafi İnformasiya Sistemləri

Müasir dövrdə Coğrafi İnformasiya Sistemləri

Müasir dövrdə Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyaları bizə məkana hərtərəfli baxmağa, müxtəlif növ məlumatın analizi, emalı və nümayişi əsasında qərarlar qəbul etməyə imkan verir. Müvafiq olaraq, CİS texnologiyası istər dövlət orqanları, istərsə şirkətlər və müxtəlif sahələrdə fəaliyyət göstərən fiziki şəxslər üçün vacib bir vasitədir. Bununla belə, texnologiya inkişaf etdikcə, onun tətbiqləri də artır. CİS texnologiyası bizim ətraf mühitlə necə qarşılıqlı əlaqədə olduğumuzu tamamilə yenidən təsəvvür etmək potensialına malikdir.

Bu səbəblə 16 noyabr saat 10:30-da Beynəlxalq CİS günü ilə əlaqədar olar Biznes –Universitet əməkdaşlığı çərçivəsində Qərbi Kaspi Universiteti və “Caucasus Geo Survey” MMC-nin birgə təşkilatçılığı ilə seminar və poster nümayişi keçiriləcək. Ekologiya və ətraf mühit kafedrasının tələbələrinin, CİS-in ekologiyanın müxtəlif sahələrinə tətbiqi, İnformasiya texnologiyaları kafedrasının tələbələrinin isə maşın öyrənmənin və süni zəkanın CİS-də tətbiqi, “Data” elmi və CİS-də tətbiqi adlı mövzularda poster təqdimatları nümayiş olunacaq. Poster təqdimatından sonra universitetin müəllimi c.ü.f.d. Rauf Əmənovun “Elmi-tədqiqat işlərində CİS-in tətbiqi” adlı çıxışı dinləniləcək. Çıxışda CİS texnologiyasının müxtəlif elm və biznes sahələrinə tətbiqi, eləcə də beynəlxalq və yerli layihələrdə bu texnologiyanın geniş tətbiqi imkanları nümayiş olunacaqdır.

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?