az

Azərbaycanda miqrasiya, urbanizasiya və iqlim dəyişikliyinə uyğunlaşma arasında qarşılıqlı əlaqəyə dair əhatəli araşdırma

Azərbaycanda miqrasiya, urbanizasiya və iqlim dəyişikliyinə uyğunlaşma arasında qarşılıqlı əlaqəyə dair əhatəli araşdırma

Layihənin adı: Azərbaycanda miqrasiya, urbanizasiya və iqlim dəyişikliyinə uyğunlaşma arasında qarşılıqlı əlaqəyə dair əhatəli araşdırma

Həyata keçirildiyi tarix: Yanvar 2022 – Avqust 2022

Sifarişçi təşkilat: BMT-nin Miqrasiya Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM)

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı və “Caucasus Geo Survey” MMC-nin ekspertləri tərəfindən birgə hazırlanan sorğu miqrasiya-urbanizasiya-iqlim dəyişikliyi əlaqəsi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, buna müvafiq olaraq əhalinin yaşadığı və ya işlədiyi ərazidə regionun inkişafına töhfə vermək məqsədi daşımışdır. Regionlarda keçirilən tədbirlərin birinci hissəsində, sorğuda iştirak edən respondentlər sərbəst iştirak etməklə və suallara fikirlərini açıq –aydın bildirməklə ehtiyacların və onların həlli imkanlarının müəyyən edilməsində və həllində köməklik göstərmişlər. Sorğu yerli əhali arasında miqrantlar və qeyri-miqrantlar arasında keçirilmiş, rayon əhalisinin iqlim dəyişmələrinə uyğunlaşma adaptasiyasını qiymətləndirilməsi məqsədini daşımışdır.

Tədbirin ikinci mərhələsində rayonlarda səlahiyyətli və qərar verici şəxslərlə ayrıca görüş keçirilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, aktual məsələlər müzakirə edilmişdir.

Sorğu sualları 139 sualdan ibarət olmuşdur. Respondentlərə sorğu və layihə barədə layihə rəhbəri geniş məlumat vermişdir. Sualların daha operativ, çevik və nəticələrin emal oluna bilir vəziyyətdə olması üçün sorğu onlayn formata gətirilmişdir. Bu layihə komandasına daha qısa zamanda daha çox insanların fikirlərini öyrənmək, onlar arasında sorğu keçirmək üçün ideal bir imkan vermişdir.

Regionlarda iştirak edən respondentlərin sayı aşağıdakı kimi olmuşdur:

  1. Bakı şəhəri (Xətai rayonu) – 260 nəfər
  2. Neftçala şəhəri – 202 nəfər
  3. Astara şəhəri- 223 nəfər

Sorğuda iştirak edən respondent sayısı 685 nəfər təşkil etmişdir. Bu da layihə metodologiyasında nəzərdə tutulan saydan (642 nəfər) 43 nəfər çox olmuşdur. Bütün məlumatlar CİS bazasında ArcGİS proqram təminatında toplanmış və emal edilmişdir. Nəticədə 100 səhifəyə yaxın hesabat hazırlanmış və müxtəlif verilənlər arasında statistik analizlər aparılmışdır.

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?