az

Azərbaycan kəhrizlərinin ikidilli atlasının hazırlanması

Azərbaycan kəhrizlərinin ikidilli atlasının hazırlanması

Layihənin adı: Azərbaycan kəhrizlərinin ikidilli atlasının hazırlanması

Həyata keçirildiyi tarix: Yanvar 2020 – Avqust 2021

Sifarişçi təşkilat:Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) (BMT-nin agentliyi)

2018-ci ilin iyun ayından etibarən Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)  Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin(Komitə) dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsinin icrasına start vermişdir.

Layihə kəhrizlərin bərpası vasitəsilə kənd ərazilərində əhalinin, o cümlədən məcburi köçkünlərin bərabər şəkildə təhlükəsiz və adekvat su mənbələrinə çıxışını təmin etməyə hədəfləmişdir. Layihənin məqsədlərindən biri olan, Azərbaycan Hökumətinə təqdim ediləcək, Azərbaycan Respublikasının ərazisində yerləşən Kəhriz Su Sistemləri haqqında Baş Planın tərkib hissəsi olaraq, BMqT Azərbaycandakı Nümayəndəliyi ilə “Caucasus Geo Survey” MMC arasında “Azərbaycan Kəhrizlərinin İki Dilli Atlası”nın hazırlanması layihəsi başa çatmışdır. Layihənin nəticəsində Azərbaycanın bölgələrində olan kəhrizlərin yeri müəyyən edilib, eyni zamanda onların su sərfi, yerli əhali üçün içməli olub-olmaması və digər məlumatlar toplanaraq nəticədə ikidilli vizual, veb kəhriz atlası (azkahriz.az) və  kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi hazırlanmaşdır. Su çatışmazlığı problemi ilə üzləşdiyimiz dövrdə layihənin aktuallığı böyükdür.

Layihə çərçivəsində Azərbaycan Respublikasının regionlarında aşağıda qeyd edilmiş sahə işləri görülmüşdür:

  • Yerli qurum və icmalar ilə görüşlərin keçirilmiş, kəhrizlər haqqında ilkin məlumatların toplanmış;
  • Kəhrizlərin yerləşməsi haqqında məlumatın toplanmış və hər bir kəhrizin texniki qiymətləndirilməsi həyata keçirilmişdir;
  • İnzibati rayon daxilində yerləşən kəhrizlərin xəritələri hazırlanmışdır.
  • Kəhrizlərin CİS bazası hazırlanmışdır

Layihəyə rəsmi dəstək verən təşkilatlar

  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi
  • Azərsu ASC
  • Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı

Layihə nəticəsində aşağıdakı 3 məhsul hazırlanmışdır

  1. Azərbaycan Respublikası kəhrizlərinin iki dilli (Azərbaycan, İngilis dilində) kağız atlası (vizual atlas)
  2. Azərbaycan Respublikası kəhrizlərinin iki dilli (Azərbaycan, İngilis dilində) veb atlası (azkahriz.az)
  3. Azərbaycan Respublikası kəhrizlərinin iki dilli (Azərbaycan, İngilis dilində) xəritəsi
Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?