
Layihənin adı: Azərbaycanda davamlı kənd təsərrüfatı üçün su ehtiyatlarının tələbatının təhlili
Həyata keçirildiyi tarix: Yanvar 2021- İyun 2021
Sifarişçi təşkilat: GİZ-in Azərbaycandakı ofisi. ECOserve proqramı çərçivəsində
Layihənin əsas məqsədi “Azərbaycanda davamlı kənd təsərrüfatı üçün su ehtiyatlarının tələb analizi’ üzrə CİS məlumat bazasının hazırlanması metodologiyasına və konsepsiyasına uyğun olaraq su mənbələri və s. haqqında zəruri məlumat məlumatları başlanğıc hesabat şəklində təqdim etmək olmuşdur. Bu istiqamətdə Almaniyanın aparıcı CİS şirkətlərindən sayılan GeoSysnet şirkəti ilə qarşılıqlı əməkdaşlıq çərçivsində “Caucasus Geo Survey” MMC-nin ekspertləri birlikdə işləmişlər.
Layihə nəticəsində 18 inzibati rayondan 7 bitki növü üzrə təqribən 500 məntəqədən CİS -də emal olunması üçün mövcud olan bütün məlumat bazasının toplanıb, verilənlər bazası formalaşdırılıb və məkan verilənlərinin təhlili və qiymətləndirilməsi aparılaraq GIZ adından Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmişdir. Eyni zamanda təqribən 60 səhifəlik yekun hesabatın daxilində nəticələr və tövsiyyələr də yer tapmışdır.