az

“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi” (SCPX), TANAP layihəsi

“Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi” (SCPX), TANAP layihəsi

Layihənin adı: “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsi” (SCPX), TANAP layihəsi

Həyata keçirildiyi tarix: May 2015 – Avqust 2016

Sifarişçi təşkilat: BP (subpodratçı şirkət, Kocks GmbH)

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (SCPX) layihəsi üçün geoməkan dəstəyi verilmişdir. Layihənin planlaşdırılması və dizaynını asanlaşdırmaq üçün GIS verilənlər bazası və məkan məlumat infrastrukturu işlənib hazırlamışdır. Ərazidə işləyən eko monitorinq qrupunun topladıqları verilənlər nəticəsində 200-dən çox kəmər boyu ərazilərin xəritəsi hazırlanmışdır. Bu layihədə KOCKS GmbH şirkətinin almaniyalı ekspertləri ilə yanaşı Azərbaycanlı mütəxissislər də birlikdə işləyiblər. CİS əsaslı qərarların qəbulunu dəstəkləmək üçün geoməkan təhlili və modelləşdirmə aparılmış, layihə məlumatlarını maraqlı tərəflərə çatdırmaq üçün xəritələr və vizualizasiyalar hazırlanmışdır. Hazırlanan xəritələr və veriən yeni koordinatlar əsasında BP şirkətinin mütəxəssisləri boru kəmərinin genişləndirilməsi işlərini sona çatdırıblar.

Geoməkan dəstəyimiz vasitəsilə boru kəmərinin yeri və ətraf mühitə potensial təsirləri haqqında önəmli təkliflər verildi. CİS-ə əsaslanan yanaşmamız maraqlı tərəflərin layihə haqqında dəqiq və aktual məlumat əldə etmələrini təmin edərək, məlumatlı qərarların qəbul edilməsinə və effektiv ünsiyyətə şərait yaratdı. Bütövlükdə, SCPX və TANAP layihələrinin uğurlu planlaşdırılması, tikintisi və davamlı istismarı üçün geoməkan dəstəyimiz çox önəm daşıdı.

Şərhlər

İlk şərhi siz yazın.

Whatsapp
CGS
CGS
Salam
Sizə necə kömək edə bilərik?